Madrid "Real”ının hücumçusu Kriştiano
Ronaldo ilin ən yaxşısı seçilməyəcəyi təqdirdə təəccüblənməyəcəyini bildirib. Sportnet.az-ın
məlumatına görə, Portuqaliya millisinin oyunçusu "Qızıl top”u daimi olaraq
düşünmür.
Ronaldo öz sözünü meydanda dediyini
qeyd edib: "Mən polemikaya girmək istəmirəm. Hər şey yaxşıdı, mən qollarımı
vururam və meydanda öz sözümü deyirəm. Ancaq neçə ildi futboldayam, ona görə də
məni heç nə təəccübləndirmir. Həm fərdi oyun, həm də komanda oyunun baxımından yaxşı
vəziyyətdəyəm. Əlbətdə, "Qızıl top”u 3-cü dəfə almaq istəyərdim, lakin heç də
bu fikirlə özümü yormuram”.
Qeyd edək ki, noyabrın 5-də Ronaldoya 2013/14 mövsümünün ən yaxşı bombardiri kimi "Qızıl buts” mükafatı təqdim edilib.