"Bavariya” klubunun yarımmüdafiəçisi
David Alaba ciddi zədə alıb. Sportnet.az-ın məlumatına görə, bu barədə
komandanın baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsinin
"Roma” ilə oyunundan sonra açıqlayıb.
Qvardiola futbolçunun ilin sonunadək oynaya bilməyəcəyini bildirib: "Alabanın ayaq bağlarında zədəsi var. Biz əla oğlan və möhtəşəm oyunçunu itirdik. O istənilən mövqedə oynaya bilən biridi. David bizim üçün çox vacib oyunçudu və biz ümid edirik ki, o tezliklə heyətə dönəcək. Lakin fikrimcə biz onu yeni ildən sonra görə biləcəyik”.