Sloveniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası növbəti yoxlama oyunu keçirib.
Sportnet.az xəbər verir ki, rəqib “Olimpiya” klubunun əvəzedici komandası olub. Görüş millinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandadan Musa Qurbanlı, Turan Manafov, Elvin Cəfərquliyev və Emil Qasımov fərqlənib.
Qeyd edək ki, U-21 daha əvvəl Xorvatiyanın “Slaven Belupo-2” komandası ilə heç-heçə edib - 1:1.