
"Bavariya”nın
müdafiəçisi David Alaba bu gün əməliyyat keçirib. Sportnet.az-ın məlumatına görə, həkimlər əməliyyatın uğurlu keçdiyini
bildirib.
Bununla
yanaşı Alabanın diz bağlarında da problem yaşanırdı. Əməliyyatdan sonra
müdafiəçi bir neçə tibbi müayinədən keçəcək. Onun reablitasiyasının yanvar
ayının əvvəlinə başa çatacağı bildirilir.
Qeyd edək ki, 22 yaşlı avstriyalı oyunçu meniks zədəsindən əziyyət çəkirdi.