
"Mançester
Yunayted" rəhbərliyi komandanın təcrübəli hücumçusu Robin Van Persini hələ
bir neçə il də heyətdə saxlamaq istəyir. Sportnet.az-ın məlumatına görə, mankunyanlar hollandiyalı ilə müqavilə müddətini uzatmaq üçün yanvarda
danışıqlara başlayacaq.
31
yaşlı futbolçunun cari müqavilə meddəti 2016-cı ilin yayına
kimi nəzərdə tutulub. "Qırmızı şeytanlar" isə onunla daha 2 illik
müqavilə imzalamaq fikrindədi. 2016/17 mövsümündən etibarən Van Persinin
həftəlik məvacibi 100 min funta qədər düşə bilər.
Bu mövsüm Van Persi Premyer Liqada 3 dəfə fərqlənib.