Rusiyanın “Arsenal” klubunun Tula şəhərindəki stadionu UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyununa hazırlaşır.
Sportnet.az-ın məlumatına görə, artıq arena ərazisində mənzərəni pozan hasarlar götürülüb. Şərhçilər və dopinq nəzarəti üçün otaqlar avadanlıqlarla təchiz edilib. Tribunada əlavə VIP oturacaqlar qoyulub. Eyni zamanda tualetlərin yenidən qurulmasına başlanılıb.
Stadion ərazisində bütün asfalt dəyişdiriləcək, parklama zonası genişləndiriləcək.
Qeyd edək ki, "Arsenal" iyulun 25-də Tulada Avropa Liqasının II təsnifat mərhələsindəki ev oyununu keçirəcək. Rəqib Moldova "Sperantsa"sını keçəcəyi təqdirdə, "Neftçi" olacaq.