Azərbaycan futboluna ağır itki üz verib.
Sportnet.az xəbər verir ki, “Neftçi”nin veteran futbolçusu Ələddin Ələkbərov vəfat edib. 1960-cı ildə dünyaya göz açmış sabiq yarımmüdafiəçi 1980 - 1984-cü illərdə “Neftçi”nin heyətində 64 oyun keçirib, 2 qol vurub.
“Neftçi” klubu Ələddin Ələkbərovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və Azərbaycan futbol ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!