
“Zirə”nin hazırlıq planında dəyişiklik olub.
Sportnet.az xəbər verir ki, "qartallar"ın “Keşlə” ilə iyulun 13-də keçirməli olduğu oyunun vaxtı dəyişdirilib. Bu görüş iyulun 18-də Zirə İdman Kompleksində baş tutacaq. Matç saat 18:00-da başlanacaq.
Qeyd edək ki, "Zirə" iyulun 9-da Natiq İsmayılovun klub prezidenti postundan istefa verdiyini yazıb.