“Sabah”la yoxlama oyunundan zədələnən “Zirə”nin futbolçusu Cavid Hüseynov 2 həftə yaşıl meydanlardan kənar qalacaq.
Sportnet.az xəbər verir ki, bu barədə “Report”a komandanın baş məşqçisi Samir Abasov bildirib. Onun sözlərinə görə, 31 yaşlı yarımmüdafiəçinin ayaq barmağında çat aşkarlanıb. Kapitan bir müddət məcburi istirahət etməli olacaq.
Oxşar zədə üzündən komanda ilə məşqlərə qatıla bilməyən cinah müdafiəçisi Tellur Mütəllimovun bərpa prosesi isə yekunlaşmaq üzrədir.
Qeyd edək ki, yay fasiləsində “Qəbələ”dən ayrılan Hüseynov “Zirə” ilə 2 illik müqavilə bağlayıb.