"Neftçi” klubu futbolçusu Kvame Karikari ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Sportnet.az-ın məkumatına görə, 27 yaşlı hücumçu Gürcüstanın "Dinamo" (Tbilisi) komandasına keçib. Qanalı hücumçu ilə 1+1 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, 2017/2018 mövsümündə "Neftçi”nin heyətində 10 oyunda 2 qola imza atmış Kvame Karikari son mövsümü icarə əsasında BƏƏ-nin "Əl Oruba” klubunda keçirib.