
“Sabah” komadası yeni oyunçu ilə münasibətlərini rəsmiləşdirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gənc qapıçı Oleq Karnauxla 3 illik müqavilə imzalanıb. 21 yaşlı qolkiperin son klubu “Tavriya” (Ukrayna) olub. O, peşəkar karyerasına Ukraynanın digər klubu “İliçevets”də başlayıb.
Karnaux vaxtilə Azərbaycanın U-17 millisinin üzvü olub.