
“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Dandolk” klubu ilə cavab oyununun hakimləri açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, iyulun 31-də "Dalğa Arena"da keçirəcək görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın referisi Svein Oddvar Moendir. Maqnus Lundberqlə Isaak Elias Skyeset Başevkin yan xətt hakimləri olacaq. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.
Qeyd edək ki, matç saat 21:00-da başlayacaq.