Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən "Neftçi" klubu "Arsenal" ilə II təsnifat mərhələsinin ilk oyunu üçün Rusiyaya yollanıb.
Sportnet.az xəbər verir ki, "ağ-qaralar" saat 06:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı-Moskva reysi ilə səfərə çıxıblar. Komanda Rusiyanın paytaxtından "Arsenal"ın təmsil etdiyi Tula şəhərinə avtobusla gedəcək.
Oyunu öncəsi "Neftçi"nin baş məşqçisi Roberto Bordinin və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir iyulun 24-ü "Arsenal" mərkəzi stadionunun mətbuat zalında keçiriləcək və Bakı vaxtı ilə saat 18:30-da başlanacaq. Konfransdan sonra, saat 19:00-da isə komandanın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi olacaq.
Qeyd edək ki, iyulun 25-də "Arsenal" mərkəzi stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Qarşılaşma "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.