
"Keşlə" komandası Tükiyədəki təlim-məşq toplanışı çərçivəsində son yoxlama matçını keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib Türkiyənin aşağı liqa təmsilçisi "Batman Petrolspor" komandası olub. Görüş "Keşlə"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk qolu komandaya yeni cəlb olunmuş Lorenso Rodriges Frutos, ikincisini isə Vüsal İsgəndərli vurub.
Qeyd edək ki, "Keşlə" Bakıya avqustun 5-də dönəcək.