Bu
gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının
ilkin seçmə mərhələsində sonuncu oyununu keçirəcək. Sportnet.az-ın
məlumatına görə, komandamız bu dəfə Sloveniya yığması ilə qarşılaşacaq.
Matçın əsas hakimi Eli Hakmon (İsrail) olacaq. Ona David Morhaim (İsrail) və Peter
Kobor (Macarıstan) kömək edəcəklər. Dördüncü hakim funksiyasını Adam Farkas
(Macarıstan) yerinə yetirəcək. UEFA nümayəndəsi və hakim-inspektor isə Nuno Kastro (Portuqaliya) olacaq.
Qeyd edək ki, Azərbaycan-Sloveniya matçı saat 16:00-da başlayacaq.