“Zədədən sonra iki aydır məşq edirəm və sabahkı oyuna hazıram. Oyunöncəsi son məşqimizdir. Çox istəkliyik və meydanda ən yaxşısını etməyə çalışacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycanın U-21 millisinin futbolçusu Fərid Nəbiyev evdə Slovakiya yığmasına aarşı keçirəcəkləri Avropa çempionatının seçmə oyunu barədə danışarkən deyib. 20 yaşlı hücumçu meydana qələbə üçün çıxacaqlarını bildirib: "Rəqibin oyununu izləmişik, informasiyamız var. Onların səhvlərindən maksimum istifadə etməyə çalışacağıq”.
Qeyd edək ki, sentyabrın 6-da "Dalğa Arena"da təşkil olunacaq qarşılaşma saat 20:30-da başlanacaq.