"Sabah" yaxşı oyunçulardan təşkil olunmuş komandadır. Bizim üçün asan olmadı".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşiyev Premyer Liqanın IV turunda səfərdə "Sabah"ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
"Qəbələ"nin sükanı arxasında debüt edən 39 yaşlı mütəxəssis bildirib ki, milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə komandası üçün faydalı olub: "Fasilədə həm fiziki, həm taktiki, həm də psixoloji baxımdan vəziyyəti dəyişməyə çalışdıq. Qısa müddətdə yanaşma dəyişdi. Sabiq baş məşqçi Sənan Qurbanov uşaqlıqdan bir yerdə oynadığım, daha sonra birgə çalışdığım şəxsdir. Sabah necə olacaq heç kim bilmir. Futbolçuları inandırmağa çalışdıq ki, heç kimdən zəif deyilsiniz".