
İngiltərənin "Berton Albion" klubunun sabiq futbolçusu Kelvin Maynard avtomobilində güllələnərək öldürülüb.
Sportnet.az-ın məlumatına görə, hadisə Hollandiyanın paytaxtı Amsterdamda baş verib. Surinam əsilli hollandiyalı oyunçu üçün İngiltərə təmsilçisi bas sağlığı mətni yayımlayıb. Hollandiya polisi 32 yaşlı müdafiəçinin qətlində şübhəli bilinən 2 nəfərin axtarışını davam etdirir.
Qeyd edək ki, Maynard son olaraq Hollandiyanın 5-ci liqasında çıxış edən "Quik Boys"un formasını geyinib.