
"Səbail"in qapıçısı Aleksandr Rıbka zədəsini bərpa edib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ukraynalı qolkiper müalicədən sonra Bakıya qayıdıb. O, yaxın zamanda komanda ilə birgə bərpa məşqlərinə başlayacaq.
Qeyd edək ki, Aleksandr Rıbka ötən mövsümün sonlarında "Qəbələ" ilə oyun zamanı ağır zədələnib.