FIFA Komitəsi klubların futbolçu icarəyə götürmələrinə və oyunçu transferləri qarşılığında agentlərə ödənilən komissiya xərclərinə limiti dəstəkləyib.
Sportnet.az-ın məlumatına görə, komitə 2020/2021 mövsümündən klubların maksimum 8 futbolçu icarəyə götürməsi və ya verməsinə məhdudiyyət tətbiqini təklif edir.
2022/2023 mövsümündən bu məhdudiyyətin 6 oyunçuya endirilməsi istənilir. Habelə, komitə agentlərə belə komissiyaların tətbiqini tövsiyə edib. Buna əsasən, vasitəçilərin qazancı transfer məbləğinin 10 faizini və futbolçunun əmək haqqının 3 faizini keçməməlidir.
Yeniliklərə oktyabrın 24-də FIFA Şurasının iclasında baxılacaq.