"Futbolçuların əzmkarlığı qane etdi. İlk hissədə taktiki tapşırıqları yaxşı yerinə yetirirdilər. Təəssüf ki, fasilə ərəfəsində öz səhvimizdən qol buraxdıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın VI turunda səfərdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
38 yaşlı mütəxəssis bildirib ki, gənc futbolçular "Qarabağ" kimi rəqiblə görüşdə yaxşı təcrübə toplayırlar: "Hansısa rəqib futbolçu haqda danışıb, öz futbolçumuza həqarət etmək istəmirəm. Əlimizdə olan futbolçular bunlardır. Sona qədər vuruşacağıq. İlk hissədə qol buraxmasaydıq, ikinci yarıda fərqli də ola bilərdi. Bizim kimi komandaların 1-2 imkanı olur. Onu da yaxşı dəyərləndirmək lazımdır. Bizdə bu çatmır".