
"Qəbələ" komandası "Neftçi" ilə Azərbaycan Premyer Liqasının VI tur matçında itki ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, 37-ci dəqiqədə Rasim Ramaldanov topsuz mübarizədə dizindən zədələnib. O, meydanı xərəkdə tərk edib. Ramaldanovun əvəzinə meydana Sadiq Quliyev daxil olub.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 0:0.