UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, iddiaçıların tərkibi qrup mərhələsinin II tur qarşılaşmalarının yekunu əsasında müəyyənləşib. Siyahıya Almaniyanın "Borussiya" (Dortmund) komandasının müdafiəçisi Əşrəf Hakimi, "Bavariya"nın yarımmüdafiəçisi Serj Qnabri, İspaniya "Barselona"sının hücumçusu Luis Suares və Belçika "Anderlext"inin forvardı Emmanuel Denis düşüb.
Qnabri İngiltərə "Tottenhem"i ilə görüşdə 4 qol vurub və Münhen təmsilçisinə 7:2 hesablı səfər qələbəsi qazanmaqda yardımçı olub. Suaresin "dubl"u "Barselona"ya İtaliya "İnter"i ilə ev oyununda qalibiyyət gətirib - 2:1. Hakimi də 2 dəfə fərqlənərək, Çexiya "Borussiya"nın "Slaviya" üzərində qələbəsini təmin edib - 2:0. Dennisin "dubl"u isə "Brügge"nin İspaniya "Real Madrid"i ilə 2:2 hesablı heç-heçəsində böyük rol oynayıb.
Qeyd edək ki, qalibin adı UEFA-nın rəsmi saytındakı səsvermə nəticəsində müəyyənləşəcək.