Azərbaycanın FIFA referisi Rauf Cabbarov növbəti dəfə beynəlxalq təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı referi 21 yaşadək futbolçulardan ibarət Estoniya və Latviya yığmaları arasında AVRO-2021-in seçmə oyununu idarə edəcək.
Cabbarova yan xətt hakimləri Namiq Hüseynov və Rza Məmmədov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 11-də Estoniyanın Pyarnu şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 20:15-də başlayacaq.