Aleksandr Tarxanov Ermənistan "Pünik"inin baş məşqçi postundan istefaya göndərilib.
Sportnet.az-ın "Çempionat"a istinadən məlumatına görə, rusiyalı mütəxəssis İrəvan klubunda cəmi 6 ay duruş gətirə bilib. 11 turdan sonra "Pünik" 13 xalla 7-ci yeri tutur və lider "Ararat"dan 9 xal geri qalır. Çempionatda ümumilikdə 10 komanda mübarizə aparır.
Qeyd edək ki, "Pünik"də ötənlərin tanınmış futbolçusu Dmitri Sıçyov da forma geyinir.