"Çətin oyun oldu, komandamızda nələrsə alınmadı. Bəzi epizodlarda qol vura bilmədik".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Bakıda Uels yığmasına 0:2 hesablı məğlub olduqları AVRO-2020-nin seçmə oyunundan sonra deyib.
23 yaşlı hücumçu Slovakiya ilə cari tsiklın son görüşündə qalib gəlməyə çalışacaqlarını söyləyib: "Bu gün bütün futbolçular mübarizə apardılar. Özümün də çox səhvim oldu. Amma itirəcəyimiz bir şey yoxdur. Bu oyunu analiz edib, yaxşı nəticə çıxara bilərik. Slovakiyaya qalib gəlməyə çalışacağıq".
Qeyd edək ki, Slovakiya - Azərbaycan matçı noyabrın 19-da Trnavada keçiriləcək.