"Dinamo" komandası Rusiya Premyer Liqasının XVII turunda "Rostov"la qarşılaşıb.
Sportnet.az-ın məlumatına görə, Moskvadakı "VTB Arena"da keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Meydan sahiblərinin hər iki qolunu Maksimilian Filipp vurub. O, həm 33-cü, həm də 90-cı dəqiqədə penaltidən fərqlənib. Qonaq komandanın yeganə qolunu 13-cü dəqiqədə İvelin Popov vurub. 90+9-cu dəqiqədə isə Popovun komanda yoldaşı Aleksey İonov penaltidən yararlana bilməyib.
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev sonadək "Dinamo"nun ehtiyat oyunçular skamyasında saxlanılıb.
Son 5 oyuda qazandığı 3-cü qələbə sayəsində "Dinamo" xallarını 21-ə çatdırıb. Hazırda paytaxt təmsilçisi 7-ci, "Rostov" isə 30 xalla 4-cü pillədədir.