
Azərbaycan Premyer Liqasının XII turuna yekun vurulub.
Sportnet.az xəbər verir ki, həftənin son oyununda "Neftçi" "Qəbələ"ni qəbul edib. "Bakcell Arena"da keçirilmiş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:1.
Hesabı 17-ci dəqiqədə Soni Mustivar açıb. Ömər Buludov 24-cü, Stiven Monroz isə 35-ci dəqiqədə fərqlənməklə "Neftçi"nin üstünlüyünü bir qədər də möhkəmləndiriblər.
Meydan sahiblərinin futbolçuları ikinci hissədə daha 2 qol vurublar. Qarşılaşmanın 90+2-ci dəqiqədə Evangelos Platellas "Qəbələ"ni məyus edib. Bundan 3 dəqiqə sonra isə Donald Gerye avtoqola imza atıb.
Bu qələbədən sonra xalını 21-ə çatdıran "Neftçi" 2-ci pilləyə yüksəlib. "Qəbələ" isə 9 xalla son sıradadır.
Qeyd edək ki, hesabat turunda "Sumqayıt" evdə "Qarabağ"ı 2:1, "Zirə" isə "Keşlə"ni 3:1 hesabı ilə məğlub edib. Təkcə "Səbail" - "Sabah" oyununda qonaqlar qalib gəlib - 1:3.
------------------------------
Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda eyniadlı komanda "Keşlə"ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Qolların hamısı ilk yarıda vurulub. Hesabı 6-cı dəqiqədə İlkin Muradova qarşı kobudluqdan sonra penalti ilə Xulio Sezar Rodriges açıb. Bundan 5 dəqiqə sonra paraqvaylı hücumçu cərimə zərbəsini dəqiq yerinə yetirib. 35-ci dəqiqədə isə kapitan Cavid Hüseynov kombinasiyalı hücumu dəqiq zərbə ilə tamamlayıb. "Keşlə" təsəlli qolunu ilk yarının 5-ci uzatma dəqiqəsində vurub.
İkinci hissədə isə qonaqlar azlıqda qalıb. 59-cu dəqiqədə Sezar Meza Kolli "Zirə"nin futbolçusuna bilərəkdən zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alıb.
Beləliklə, "Zirə" xallarını 14-ə yüksəldərək, 5-ci pilləyə yüksəlib. 19 xalı olan "Keşlə" isə 2-ci pillədə qalıb.
Qeyd edək ki, turun ilk 2 oyununda "Sumqayıt" evdə "Qarabağ"ı 2:1, "Sabah" səfərdə "Səbail"i 3:1 hesabı ilə yenib. Tura saat 17:00-da başlanacaq "Neftçi" - "Qəbələ" matçı ilə yekun vurulacaq.
--------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XII turun son görüşləri keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, hər iki qarşılaşma Bakıda təşkil olunacaq. Günün ilk oyununda Zirə İdman Kompleksinin stadionunda eyniadlı klub "Keşlə" ilə üz-üzə gələcək. Meydan sahibləri qələbə qazanacaqları təqdirdə, xallarını 14-ə çatdıraraq, 5-ci pilləyə yüksələcəklər. Qonaqlar qalib gəlsələr, xallarını 22-yə yüksəldəcəklər və lider "Qarabağ"la fərqi 5 xala endirəcəklər.
Bu, iki komandanın 18-ci görüşü olacaq. Əvvəlki 17 matçın 4-də "Zirə", 5-də "Keşlə" qələbə qazanıbsa, daha 8-i heç-heçə ilə yekunlaşıb. Topların nisbəti isə bərabərdir - 17:17. Digər tərəfdən, “Zirə” ardıcıl 7 ev oyununda qol vurub. “Keşlə” ardıcıl 2 matçdır meydanı qolsuz tərk etmir.
Günün son oyunu isə "Bakcell Arena"da "Neftçi" və "Qəbələ" arasında olacaq. Hazırda 18 xalla 3-cü pillədə qərarlaşmış "ağ-qaralar" liderlə xal fərqini azaltmağa, 9 xala malik "qırmızı-qaralar" isə sonuncu pillədən qurtulmağa çalışacaq.
Komandalar 46-cı dəfə üz-üzə gələcəklər. Əvvəlki 45 oyunun 20-dən "Neftçi", 16-dan "Qəbələ" qalib ayrılıbsa, daha 9 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində flaqmanın cüzi üstünlüyü var - 61:57. “Ağ-qaralar” 10 oyundur meydanı qolsuz tərk etmir. Paytaxt təmsilçisi son iki matçda 3 qol vurub və qalib gəlib.
Azərbaycan Premyer Liqası, XII tur
24 noyabr (bazar)
15:00. “Zirə” – “Keşlə” - 3:1
Qollar: Xulio Sezar Rodriges, 6 (pen.); 11. Cavid Hüseynov, 35 - Ruslan Qurbanov, 45+5
Qırmızı vərəqə: Sezar Meza Kolli, 59 ("Keşlə")
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Zirə İdman Komleksinin stadionu
17:00. “Neftçi” – “Qəbələ” - 4:1
Qollar: Soni Mustivar, 17. Ömər Buludov, 24. Stiven Monroz, 35. Evangelos Platellas, 90+2 - Donald Gerye, 90+5
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bakcell Arena”
Qeyd edək ki, turun ilk 2 oyununda "Sumqayıt" evdə "Qarabağ"a 2:1, "Sabah" isə səfərdə "Səbail"ə 3:1 hesabı ilə qalib gəlib.