Azərbaycan Premyer Liqasında mövsümün rekordu yenilənib.
Sportnet.az-ın məlumatına görə, bu, XII tura təsadüf edib. Hesabat turunda qapılara 16 top vurulub. Ən çox qol "Neftçi" və "Qəbələ" arasındakı son oyuna təsadüf edib - 4:1. Ən az qol isə "Sumqayıt"ın "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldiyi açılış oyununda qeydə alınıb.
Daha iki matçda isə qapılara 4 qol vurulub. "Sabah" səfərdə "Səbail"i, "Zirə" evdə "Keşlə"ni eyni hesabla yenib - 3:1. Beləliklə, bütün görüşlərdə hər iki tərəf fərqlənib. Qollardan 10-nu meydan sahibləri, 6-nı qonaqlar vurublar. Beləliklə, orta hesabla hər oyun qapılardan 4 top keçib.
Əvvəlki rekord IX tura təsadüf edib - 14 qol. Toplardan 6-sı “Sumqayıt” – “Neftçi” (2:4), 4-ü “Sabah” – “Zirə” (2:2), 3-ü “Keşlə” – “Qəbələ” (2:1), 1-i “Qarabağ” – “Səbail” oyununda vurulub. Meydan sahibləri və qonaqların eyni sayda – 7 dəfə fərqləndiyi turda orta məhsuldarlıq 3,50-yə bərabər olub.