
Noyabrın
14-dən Xorvatiyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan
ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, yığmamız xorvatiyalı həmyaşıdları ilə
qarşılaşıb.
Millimiz bu görüşdə 2:1 hesabı ilə qələbə qazanıb. U-16-nın heyətində Fərid
Nəbiyev dubl edib.