İtaliyada "Yuventus" və İspaniya "Atletiko"su arasında keçirilən Çempionlar Liqasının V tur matçında kuryoz hadisə baş verib.
Sportnet.az-ın məlumatına görə, 16-cı dəqiqədə meydan sahiblərinin futbolçusu Kriştianu Ronaldu topun meydanı tərk etməsinin qarşısını almaq istərkən, künc bayrağına zərbə endirib. Nəticədə bayraq qırılıb. Portuqaliyalı hücumçunun özü isə axsamağa başlayıb.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 0:0.