AFFA İntizam Komitəsi həvəskarlar liqasında çıxış edən futbolçuları da cəzalandırıb.
Sportnet.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qurum Region Liqasında çıxış edən 3 oyunçuya da manipulyasiya olunmuş oyunlarda iştiraka görə cəza kəsib. Bunlar "Uğur"dan Cəmşid Məhərrəmov, "Ağsu Siti"dən Tuqay Alhüseynli vəı "Alyans" komandasından Cəmil Rəhimlidir.
Qeyd edək ki, Cəmşid Məhərrəmov 2007 - 2009-cu illərdə Azərbaycan yığmasının formasını geyinib. Qurum daha öncə 22 futbolçunu cəzalandırdığını açıqlayıb