Xavyer Tebas yenidən İspaniya La Liqasının prezidenti vəzifəsinə seçilib.
Sportnet.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, Tebas bu vəzifəyə yeganə namizəd olduğu üçün alternativsiz qələbə qazanıb. Beləliklə, 57 yaşlı Tebas Baş Assambleyaya ehtiyac olmadan daha 4 il postunda qalıb.
O, 2013-cü ildən La Liqanın başçısı postunu tutur. Cari ilin 2 dekabrında Tebas yenidən seçilmək məqsədi ilə vəzifəsindən istefa verdiyinı elan edib. Bundan sonra o, yarışın müvəqqəti rəhbəri təyin olunub.
Hazırda İspanıya çempionatının lideri "Barselona"dır. Komanda 18 matçda 39 xal yığıb.