
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Globe Soccer Awards" mükafatlarının təqdimat mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, 2019-cu ilin ən yaxşı futbolçusu adına Portuqaliya millisinin və İtaliya "Yuventus"unun hücumçusu Kriştianu Ronaldu layiq görülüb. 34 yaşlı forvard İngiltərə "Liverpul"unun hollandiyalı müdafiəçisi Vircil van Deyki, misirli hücumçu Məhəmməd Salahı, eləcə də İspaniya "Barselona"sının və Argentina yığmasının qolçusu Lionel Messini üstələyib.
Ronaldu ardıcıl dördüncü, karyerasında altıncı dəfə "Globe Soccer Awards" versiyası üzrə ən yaxşı sayılıb. Bu mövsüm təcrübəli forvard İtaliya A Seriyasında 14 oyuna 10 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Daha 2 qol və 1 məhsuldar ötürməni isə o, Çempionlar Liqasındakı 6 qarşılaşmada aktivinə yazıb.
???????????? CRISTIANO RONALDO crowned BEST MEN'S PLAYER OF THE YEAR at the 2019 Dubai Globe Soccer Awards@Cristiano #cristiano #juventus #cr7 #portugal @selecaoportugal @juventusfc @DubaiSC pic.twitter.com/LLMHmLyWYN
— Globe Soccer Awards (@Globe_Soccer) December 29, 2019