"Qarabağ”ın
UEFA Avropa Liqasındakı rəqibi "Dnepr” klubunun hücumçusu Yevgeni Konoplyanko "Roma”nın
transfer siyahısındadır. Sportnet.az-ın məlumatına görə, "Roma” 25 yaşlı
futbolçunu İtaliya paytaxtına gəlməyə razı salmağa çalışır.
"Roma”
rəhbərliyi yayda "Dnepr”lə müqaviləsi başa çatan futbolçunu azad agent kimi
almaq istəyir. Konoplyanko da öz növbəsində müqaviləsini uzatmayacağını
bildirib.
Lakin "Dnepr” rəhbərliyi futbolçunu
yanvar ayında sataraq onun transferindən qazanc əldə etməyə çalışır.
Qeyd edək ki, Konoplyankoya "Roma” ilə yanaşı İtaliyanın "İnter”, "Napoli” və İngiltərənin "Mançester Yunayted” klubları da maraq göstərir.