Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi:
"Antalya toplanışındakı ilk oyunumuzda uşaqları istədiyimdən də yaxşı gördüm".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ən baş məşqçisi Ayxan Abbasov Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında Macarıstan "Kaposvar"ına 3:4 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib. 39 yaşlı mütəxəssis hər hissədə fərqli heyətlə oynadıqlarını xatırladaraq ümumilikdə futbolçuların hərəkətli olmalarını sevindirici sayıb: "Verilən tapşırıqları səhvsiz yerinə yetirməyə çalışdılar. Vurduğumuz 3 qol üçün nə qədər sevindiksə, buraxdığımız toplara da bir o qədər məyus olduq. Qarşıdakı oyunlarda daha da diqqətli olub, bu oyunda etdiyimiz səhvləri təkrarlamamalıyıq".
Qeyd edək ki, bu, "Sumqayıt"ən ilk yoxlama oyunu olub.