
Rusiya Futbol İttifaqının Etika Komitəsi III Divizionda mübarizə aparan "Maşuk KMV" klubunun 3 futbolçusunu diskvalikasiya edib.
Sportnet.az-ın məlumatına görə, buna həmin futbolçuların çempionatdakı oyunlara pul qoyuluşu etmələri səbəb olub.
Qərara əsasən, qapıçı Yaroslav Maloletkov və müdafiəçi Roman Demidov futboldan 1 il, digər futbolçu Daniil Lezgintsev 2 il müddətinə uzaqlaşdırılıb.
Qeyd edək ki, adı çəkilən futbolçulardan Yaroslav Maloletka "Mordoviya" klubunun, digər ikisi isə öz komandalarının oyunlarına pul qoyuluşu ediblər. 2006-2007-ci illərdə "Maşuk KMV"də azərbaycanlı mütəxəssis İqor Ponomaryov baş məşqçi kimi çalışıb.