
İtaliya A Seriyasında XXI turun mərkəzi göeüşü "Napoli" və "Yuventus" arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, Neapoldakı "San-Paolo" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 63-cü dəqiqədə Pyotr Zelinski açıb. 86-cı dəqiqədə Lorentso İnsinye fərqi artırıb. 90-cı dəqiqədə isə Kriştianu Ronaldu təsəlli qolunu vurub.
Çempionatda ikinci məğlubiyyətlə üzləşməsinə baxmayaraq, "Yuventus" 21 oyundan 51 xalla 1-ci pillədə qalıb. 27 xala malik "Napoli" isə 10-cu pilləyə yüksəlib.
Qeyd edək ki, bu görüş həm də "Yuventus"un hazırkı baş məşqçisi Mauritsio Sarrinin keçmiş komandası ilə üz-üzə gəlməsi ilə əlamətdar olub.