İspaniyanın "Sevilya" klubunun futbolçusu Brayan Qil komandasını dəyişib.
Sportnet.az-ın məlumatına görə, 19 yaşlı hücumçu La Liqanın digər təmsilçisi "Leganes"ə keçib.
B.Qil yeni komandasında mövsümün sonuna qədər icarə əsasında oynayacaq. Gənc oyunçu cari mövsüm Avropa Liqasının qrup mərhələsinin V
turunda "Sevilya"nın İspaniyada "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldiyi görüşdə komandasının ilk qoluna imza atıb.
Qeyd edək ki, "Leganes" klubu La Liqada geridə qalan 21 turdan sonra 15 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.