Futbol üzrə Argentina çempionatının XIX turunda "Rasinq" və "İndependyente" komandaları arasında keçirilən matçda maraqlı hadisə baş verib.
Sportnet.az-ın məlumatına görə, "Rasinq"in futbolçusu Marselo Dias qarşılaşmanın fasiləsində qida qəbul etməyə vaxt tapmayıb.
33 yaşlı argentinalı yarımmüdafiəçi ikinci hissənin başlamasına baxmayaraq meydanda banan yeyib. Oyunçu banan yeyə-yeyə qaçıb, hətta cərimə zərbəsini də yerinə yetirib.
Qeyd edək ki, qarşılaşma "Rasinq"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdəki yeganə qolu məhz 86-cı dəqiqədə Marselo Dias vurub.
¿Lo mejor de Marcelo Díaz en el clásico además del gol? Minutos antes se COMIÓ UNA BANANA mientras jugaba el partido y es más... ¡hasta HIZO UN TIRO LIBRE!
— TyC Sports (@TyCSports) February 10, 2020
Increíble imagen de @PasoaPaso pic.twitter.com/1lraHhYssN