
“Kəpəz” komandası I Divizionun XV turunda "Keşlə-2" ilə keçirəcəyi oyuna itkilərlə çıxacaq.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Gəncə komandasının iki futbolçusu cəzalıdır. Novruz Məmmədov sarı vərəqə limitinə görə kənarda qalacaqsa, Orxan Abdullayev ötən tur qırmızı vərəqə aldığı üçün qarşılaşmanı tribunadan izləyəcək.
Qeyd edək ki, fevralın 13-də Gəncə şəhər stadionunda təşkil olunacaq “Kəpəz” – “Keşlə-2” matçı saat 14:00-da başlayacaq.