
İspaniya La Liqasının son turundakı
"Malaqa" matçında huşunu itirən "Atletiko"nun türkiyəli
yarımmüdafiəçisi Arda Turan maraqlı açılamalar verib. Sportnet.az-ın məlumatına görə, ölkəsinin
mətbuatına danışan təcrübəli futbolçu həmin epizod barədə fikirlərini bildirib.
Arda həmin anları belə xatırlayıb: "Ciddi bir şey yoxdu. Hazırda yaxşı vəziyyətdəyəm. Zərbənin şiddəti ilə
həmin an durumum pisləşdi. Hazırda isə heç bir problem yoxdu. Bir anlıq huşumu
itirdim və başımda azca qanama oldu. Buna baxmayaraq, oyuna davam edə bildim.
Maraqlanan hər kəsə təşəkkür edirəm".
Karyerası ilə bağlı da danışan Türkiyə millisinin üzvü hələ uzun müddət Madrid klubunun şərəfini qorumaq istədiyini dilə gətirib.