
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ikinci matçında "Keşlə" "Zirə"ni qəbul edib. “ASK Arena"da təşkil olunan qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Keşlə"nin qollarını 20-ci və 71-ci dəqiqədə Şahrux Qadoyev, 45-ci dəqiqədə Vüsal İsgəndərli, 90-cı dəqiqədə isə Pərviz Azadov vurub.
Xallarının sayını 29-a yüksəldən "Keşlə" üçüncü yerdədir. "Zirə" isə hələ ki, 20 xalla beşinci pillədə qərarlaşıb.
Qeyd edək ki, tura sabah keçiriləcək "Sabah" - "Səbail" və "Qarabağ" - "Sumqayıt" qarşılaşmaları ilə yekun vurulacaq.
----------++++++++++---++++++++++++
Premyer Liqasında XVIII tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış oyununda "Qəbələ" və "Neftçi" komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qol ilk yarıda vurulub. 7-ci dəqiqədə Anton Krivotsyuk, 14-cü dəqiqədə isə Baqali Dabo fərqlənib.
Beləliklə, ardıcıl ikinci qalibiyyətinə imza atan "Neftçi" xalını 33-ə çatdırıb və ikinci pillədə möhkəmlənib. Qış fasiləsindən sonra 4 görüşünün hamısından məğlub ayrılan "Qəbələ" isə 13 xalla sonuncu - 8-ci pillədə qalıb.
Qeyd edək ki, saat 17:00-a "Keşlə" - "Zirə" matçı başlanacaq. Tura fevralın 23-də keçiriləcək "Sabah" - "Səbail" və "Qarabağ" - "Sumqayıt" matçları ilə yekun vurulacaq.
-------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. İkinci pillədə qərarlaşan "Neftçi" səfərdə autsayder "Qəbələ"nin qonağı olacaq. Hazırda "ağ-qaralar"ın 30, "qırmızı-qaralar"ın isə 13 xalı var. Paytaxt təmsilçisi ilk iki dövrədə keçirilmiş oyunların hər birində rəqibinə böyük hesabla qalib gəlib. Qəbələdəki matçda 3:0 hesablı qələbə qazanan "Neftçi" Bakıda oynanılan son qarşılaşmada da 3 xala sevinib - 4:1.
Komandalar indiyədək çempionatda 46 dəfə üz-üzə gəliblər. Bu görüşlərin 16-da "Qəbələ", 21-də "Neftçi" üstün olub. 9 oyun isə heç-heçə yekunlaşıb. Top fərqi də "Neftçi"nin xeyirinədir - 65:58. Flaqman 11 oyundur meydanı qolsuz tərk etmir. Paytaxt təmsilçisi son üç matçda 3 və ya daha çox qol vuraraq qalib gəlib.
Günün digər matçında "Keşlə" "ASK Arena"da "Zirə"ni qəbul edəcək. Hər iki komanda son iki turda məğlub olub. Tərlan Əhmədovun baş məşqçi olduğu kollektiv 26 xalla 3-cü, "qartallar" isə 20 xalla 5-cidir. Birinci dövrədə "Keşlə" rəqibini 2:0 hesabı ilə məğlub edibsə, ikinci dövrədəki görüş "Zirə"nin qələbəsi ilə başa çatıb - 3:1.
Rəqiblər Premyer Liqada 18 dəfə üz-üzə gəliblər. Hər iki komanda eyni sayda - 5 dəfə qələbə sevinci yaşayıb. 8 matçda isə qalib müəyyənləşməyib. Topların fərqində "Zirə" öndədir - 20:18. "Keşlə" son 3 matçda meydandan qolsuz ayrılmayıb. "Zirə" isə son 4 səfərdə qol buraxıb.
Azərbaycan Premyer Liqası, XVIII tur
22 fevral (şənbə)
15:00. “Qəbələ” – “Neftçi” - 0:2
Qollar: Anton Krivotsyuk, 8. Baqali Dabo, 14
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
17:00. “Keşlə” – “Zirə” - 4:0
Qol: Şahrux Qadoyev, 20. 71 Vüsal İsgəndərli, 45. Pərviz Azadov, 90.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASK Arena"
Qeyd edək ki, XVIII tura fevralın 23-də keçiriləcək "Sabah" - "Səbail" və "Qarabağ" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.