
İspaniya "Real Madrid"inin futbolçusu Eden Azar La Liqada XXV turun "Levante" ilə səfər matçında zədələnib.
Sportnet.az-ın məlumatına görə, belçikalı hücumçu ayağından xəsarət alaraq, 67-ci dəqiqədə meydanı tərk etməli olub. Onu braziliyalı forvard Vinisius Junior əvəzləyib.
"Levante" ilə qarşılaşma Azarın bu mövsüm La Liqada 10-cu qarşılaşması olub. 29 yaşlı oyunçu çempionatın əvvəlində dizaltı vətərindəki zədə üzündən 3 görüşü buraxıb. O, 2019-cu il noyabrın sonlarından bu il fevralın ortalarınadək ayaq çatı üzündən oynamayıb.
Qeyd edək ki, görüş "Levante"nin qələbəsi ilə yekunlaşıb - 1:0.