
"Sabah"ın futbolçusu Marko Deviç zədələnib.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, ayağında zədəsi olan legioner hücumçu ölkəsi Serbiyaya yollanıb. Onun gələn həftə Bakıya gələcəyi və məşqlərə başlayacağı bildirilib.
Qeyd edək ki, Deviç qış fasiləsində "Sabah"la mövsümün sonuna kimi müqavilə bağlayıb.