
Futbol üzrə Cənubi Koreya çempionatında ilk turun oyunları qeyri-müəyyən müddətə təxirə salınıb.
Sportnet.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, səbəb kimi koronavirus epidemiyası göstərilib.
Çempionat fevralın 29-na start götürməli idi.
Qeyd edək ki, Cənubi Koreyada koronavirusa yoluxanların sayı 763 nəfərdir. 7 insan isə bu virusa görə dünyasını dəyişib. Bununla əlaqədar vətəndaşlara izdihamlı yerləri ziyarət etməmək və evdə qalmaq tövsiyə olunub. Həmçinin məktəblərdə tədris ilinin başlaması da təxirə salınıb.