"Sabah" Futbol Klubu idman direktoru Emin Abbasovla yollarını ayırıb.
Sportnet.az paytaxt təmsilçisinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Abbasovun öz istəyi ilə bu addımı atdığı bildirilib.
Xatırladaq ki, Emin Abbasov 2018-ci ildən "Sabah"da çalışıb.