Azərbaycan I Divizionda XVIII tura start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 3 görüş keçirilib.
35 xalla turnir cədvəlinə başçılıq edən "Səbail-2" səfərdə "Zaqatala"ya uduzub. "Sabah-2" - "Neftçi-2" matçında qalib müəyyənləşməyib - 1:1. "Qarabağ-2" isə evdə "Qaradağ Lökbatan"ı 2 cavabsız qolla məğlub edib.
Tura sabah keçirililəcək "Sumqayıt-2" - "Keşlə-2" görüşü ilə yekun vurulacaq.
Birinci divizion, XVIII tur
5 mart
"Zaqatala" – "Səbail-2" - 2:0
Qollar: İbrahim Qədirzadə, 45. Ramin Əhmədov, 77.
"Sabah-2" – "Neftçi"-2 - 1:1
Qollar: Zahid Mərdanov, 45+3-pen – Hüseyn Hüseynzadə, 74.
"Qarabağ-2" – "Qaradağ Lökbatan" - 2:0
Qollar: Cavid Bayramov, 31. Elvin Talıbov, 63.