"Arçelik" şirkəti martın 9-dan AVRO-2020 ilə bağlı kampaniyaya başlayıb.
Sportnet.az-ın məlumatına görə, şirkət bu addımı Türkiyə millisinin Avropa çempionatının finalına yüksələcəyi təqdirdə atacaq. "Ay-ulduzlular" həlledici qarşılaşmaya vəsiqə qazansalar, 55 sm diaqonallı və 4K UHD-dən başlayaraq, bütün televizorların satış pullarını alıcılara qaytaracaq.
Qeyd edək ki, A qrupunda yer alan Türkiyə yığması AVRO-2020-nin açılış matçında İtaliya ilə qarşılaşacaq. Oyun Romadakı "Olimpiko" stadionunda olacaq. "Ay-ulduzlular"ın iyunun 17-də Uelslə və iyunun 21-də İsveçrə ilə görüşləri isə Bakı Olimpiya Stadionunda gerçəkləşəcək.