UEFA Avropa Liqasında həftəninn oyunçusu adına namizədlər açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, 1/8 final mərhələsinin ilk oyunlarından sonra bu ada İsveçrə "Bazel"indən Samuele Kampo, Almaniya "Bayer"indən (Leverkuzen) Çarles Aranqis, Ukrayna "Şaxtyor"undan Markos Antonio və İngiltərə "Mançester Yunayted"indən Odion İqalo iddia edirlər.
Kampo Almaniyada "Ayntraxt"ı (Frankfurt) 3:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib. Aranqis Şotlandiyada "Reyncers"ə 3:1 hesabı ilə qalib gəldikləri oyunda qol vurub. Antonio Almaniyada "Volfsburq"u 1:2 hesabı ilə üstələdikləri matçda qələbə qoluna imza atıb. İqalo isə Avstriyada LASK-ı 5:0 darmadağın etdikləri qarşılaşmada hesabı açıb.
Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.